​İstanbulda metrobus 5 metr hündürlükdən aşıb, 10 nəfər yaralanıb

​İstanbulda metrobus 5 metr hündürlükdən aşıb, 10 nəfər yaralanıb Metrobusda 20 sərnişin olub
Region
18 İyun , 2016 09:30
​İstanbulda metrobus 5 metr hündürlükdən aşıb, 10 nəfər yaralanıb

Bakı. 18 iyun. REPORT.AZ/ İstanbulun Zeytunburnu rayonunda Zincirlikuyu-Avcılar istiqamətində hərəkət edən metrobusun 5 metr yüksəklikdən aşması nəticəsində ikisi ağır olmaqla 10 nəfər yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, metrobusda 20 sərnişin olub.

Hadisə Zeytunburnu rayonunun Cevizlibağ məntəqəsində baş verib.

Hadisənin baş verməsinə ilkin səbəb olaraq, metrobusun sürücüsünün yatması göstərilib. 

Son xəbərlər

Orphus sistemi