​İstanbulda metro stansiyalarından biri bağlanıb - ƏLAVƏ OLUNUB

​İstanbulda metro stansiyalarından biri bağlanıb - ƏLAVƏ OLUNUB Metronun girişinə təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib
Region
13 Oktyabr , 2015 14:49
​İstanbulda metro stansiyalarından biri bağlanıb - ƏLAVƏ OLUNUB

Bakı. 13 oktyabr. REPORT.AZ/ İstanbul metrosunun "Taksim" stansiyası bağlanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, metronun girişinə təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib.

Sərnişinlər polislərin müşayiəti ilə stansiyadan çölə çıxarılıb. Bundan başqa, Taksim-Kabataş funiklyor xəttinin dayandırıldığı da bildirilib. 

Rəsmi nümayəndələr bildirib ki, Taksim metro stansiyası elektrik enerjisinin kəsilməsi səbəbindən bağlanıb. Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarından bu stansiyada şübhəli zərf və şəxslərin olması ilə bağlı çox saylı xəbərlər də yayılıb.

Son xəbərlər

Orphus sistemi