​İstanbulda iki terrorçu tutulub

​İstanbulda iki terrorçu tutulub Şübhəlilər terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) üzvləridir
Region
16 Aprel , 2015 15:30
​İstanbulda iki terrorçu tutulub

Bakı. 16 aprel. REPORT.AZ/ İstanbulda terror törətməkdə şübhəli bilinən iki nəfər tutulub. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şübhəlilər terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (Devrimçi Halk Kurtuluş Partiyası -Cəbhəsi) üzvləridir.

Onlar təhlükəsizlik qurumlarının binalarına, təhlükəsizlik qurumlarının əməkdaşlarına, ictimai təşkilat və siyasi partiyaların qərargahlarına, konsulluqların binalarına, xarici ölkələrə məxsus nümayəndəliklərə, tanınmış iş adamlarına və onların şirkətlərinə basqın etməyi planlaşdırırmışlar.

Şübhəlilər sorğu-sual edildikdən sonra məhkəməyə göndəriləcək. 

Son xəbərlər

Orphus sistemi