İstanbulda İŞİD-in 25 üzvü tutulub

İstanbulda İŞİD-in 25 üzvü tutulub Onlar xarici ölkə vətəndaşlarıdır
Region
12 Sentyabr , 2017 14:35
İstanbulda İŞİD-in 25 üzvü tutulub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Türkiyə təhlükəsizlik qüvvələri əməkdaşlarının İstanbulda keçirdikləri əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasına üzv olmaqda şübhəli bilinən 25 nəfər tutulub.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda hüquq mühafizə orqanları məlumat yayıb.

İnformasiyaya əsasən, saxlanılanlar xarici ölkə vətəndaşlarıdır. Onlardan 3-ünün qruplaşmaya rəhbərlik edən şəxslərdən olduğu bildirilib.  

Son xəbərlər

Orphus sistemi