​İstanbul polisi İŞİD-ə üzv olmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb

​İstanbul polisi İŞİD-ə üzv olmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb Onlar İstanbula gəzməyə gəldiklərini bildiriblər
Region
18 Noyabr , 2015 14:56
​İstanbul polisi İŞİD-ə üzv olmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb

Bakı. 18 noyabr. REPORT.AZ/ İstanbulun Atatürk Hava limanında Mərakeşin Kasablanka şəhərindən Türkiyəyə qaçqın kimi gələrək, qaçaqyolla Almaniyaya getmək istədiklərini iddia edən 8 nəfər saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şübhəlilər İstanbula gəzməyə gəldiklərini bildiriblər.

Lakin onların hərəkəti hüquq-mühafizə orqanlarının əməkdaşlarında şübhə yaradıb. Məlumatda bildirilib ki, onlar terrorçu İŞİD-ə üzv olmaqda şübhəli bilinirlər.

Şübhəlilərdən birinin üzərindən İstanbuldan başlayaraq, İzmir, Yunanıstan, Serbiya və Macarıstandan keçərək, Almaniya çatmaq üçün cızılmış yol planı aşkar edilib.

Hazırda saxlanılanlar dindirilir.

Son xəbərlər

Orphus sistemi