Yuxarı

​İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

Terroru törədən üç nəfərin Tacikistan vətəndaşı olduqları haqda məlumat da yayılıb

Bakı. 30 iyun. REPORT.AZ/ İstanbulun bir sıra rayonlarında terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyat keçirilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

İnformasiyada bildirilib ki, xüsusi təyinatlı polis dəstəsi başçılıq etdiyi əməliyyat İstanbulun Pendik, Başakşəhir və Sultanbəyli rayonları başda olmaqla bir çox ünvanlarda keçirilib, axtarış aparılıb. Əməliyyat nəticəsində saxlanılanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, iyunun 28-də İstanbulda Atatürk hava limanında törədilən terror aktı nəticəsində 42 nəfər həyatını itirib, 250-yə yaxın insan yaralanıb.

Terroru törədən üç nəfərin Tacikistan vətəndaşı olduqları haqda məlumat da yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi