İstanbulda hərbi vertolyot qəzaya uğrayıb, 4 nəfər ölüb

İstanbulda hərbi vertolyot qəzaya uğrayıb, 4 nəfər ölüb Bakı. 11 fevral. REPORT.AZ/ İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.
Region
11 Fevral , 2019 21:27
İstanbulda hərbi vertolyot qəzaya uğrayıb, 4 nəfər ölüb

Bakı. 11 fevral. REPORT.AZ/ İstanbul şəhərində hərbi vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi şəhərin qubernatoru Əli Yerlikaya məlumat verib.

"Çekməköy rayonunda vertolyotun qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub", - deyə o, "Twitter"də yazıb.

İlkin məlumatlara görə, vertolyot texniki səbəblərdən məcburi eniş edən zaman qəzaya uğrayıb.

Hadisə yerinə "təcili yardım" və yanğınsöndürən maşınlar cəlb olunub.

Daha əvvəl Efiopiyaya məxsus vertolyot qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi