Yuxarı

İstanbulda Hərbi Hava Məktəbində əməliyyat keçirilib

Məktəbdə və yataqxanalarda axtarış aparılıb

Bakı. 18 iyul. REPORT.AZ/ İstanbulda qiyamçı hərbçilərin çevriliş cəhdi ilə bağlı Hərbi Hava Məktəbində əməliyyat keçirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin briqadaları səhər saatlarında Yeşilköydəki Hərbi Hava Məktəbinə gedib.

Çevik qüvvə və xüsusi təyinatlı polis işçilərindən ibarət qruplar, rəsmi və mülki maşınlar binanın ərazisinə daxil olublar. Məktəbdə və yataqxanalarda axtarış aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi