İstanbul hava limanında partlayış baş verib: 2 yaralı - YENİLƏNİB

İstanbul hava limanında partlayış baş verib: 2 yaralı - YENİLƏNİB Partlayışın səbəbi hələlik məlum deyil
Region
23 Dekabr , 2015 08:11
İstanbul hava limanında partlayış baş verib: 2 yaralı - YENİLƏNİB

Bakı. 23 dekabr. REPORT.AZ/ İstanbul şəhərinin qubernatoru Vasip Şahin bildirib ki, "Sabiha Gökçen" hava limanında baş verən partlayışın səbəbi hələlik məlum deyil. 

"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, qubernatorun sözlərinə görə, mütəxəssislər hadisə yerində araşdırmaları davam etdirirlər.

Hadisə zamanı yaralanan hər iki qadının təmizlik şirkətinin işçiləri olduğu qeyd olunur. Onlardan birisinin başından digərinin isə qolundan yaralandığı bildirilir.

Təhlükəsizliyi təmin etmək məqsədi ilə hava limanının ərazisinə daxil olan bütün avtomobillər yoxlanılır. 

*** 06.36

Bakı. 23 dekabr. REPORT.AZ/ İstanbulun "Sabiha Gökçen" hava limanında partlayış baş verib.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, partlayış Bakı saatı ilə 04.05-də baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılardan birisinin - 30 yaşlı Zehra Yamacın vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın səbəbi hələlik məlum deyil.

Polis hava limanında və ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Son xəbərlər

Orphus sistemi