Yuxarı

​İstanbulda hava limanında baş verən partlayış nəticəsində yaralananlardan biri ölüb

Hadisə ilə bağlı araşdırma aparılır

Bakı. 22 dekabr. REPORT.AZ/ İstanbulun "Sabiha Gökçen" beynəlxalq hava limanında baş verən partlayış nəticəsində yaralanan iki nəfərdən biri ölüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb .

Partlayış nəticəsində hava limanında çalışan təmizlik şirkəti işçiləri Canan Çelik Burgucu (33 yaş) əlindən, Zəhra Yamac (30) isə kəllə nahiyəsindən yaralanıb. Onlar xəstəxanaya yerləşdirilsə də, Zəhra Yamac aldığı zədədən həyatını itirib.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Hava limanına gedən yollarda hərkət edən avtomobillərdə yoxlama aparılır. Əməliyyata polis helikopterləri havadan dəstək verir.

Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Hava limanının rəhbərliyi isə uçuşların qrafikə uyğun davam etdiyi haqda bəyanat verib.

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun "Sabiha Gökçen" beynəlxalq hava limanında partlayış baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi