İstanbulda güclü partlayış olub, yaralananlar var

İstanbulda güclü partlayış olub, yaralananlar var Partlayış Avtomobil Sənayesi Şəhərciyində baş verib
Region
14 Noyabr , 2016 18:01
İstanbulda güclü partlayış olub, yaralananlar var

Bakı. 14 noyabr. REPORT.AZ/ İstanbul şəhərində güclü partlayış olub.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, hadisə Sultanbeyli rayonunda, Akşemsettin məhəlləsində, Atatürk küçəsindəki Avtomobil Sənayesi Şəhərciyində kosmetik məhsullar istehsalı ilə məşğul olan fabrikdə baş verib.  

Partlayışın səbəbləri hələlik məlum olmasa da, ərazidə yanğın baş verdiyi və 10 nəfərin yaralandığı qeyd olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürən, "təcili yardım" maşınları və polis əməkdaşları cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi