Bakı. 13 fevral. REPORT.AZ / 2017-ci il yanvarın 1-nə keçən gecə İstanbulun “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirmiş terrorçu Əbdülqadir Maşaripov edam olunmağını istəyib. “Report” “Habertürk”ə istinadən xəbər verir ki, o bu barədə bugün keçirilən məhkəmə zamanı bildirib.
Maşaripov məhkəmə qarşısında tərcüməki vasitəsilə deyib ki, o İŞİD üzvüdür. “Bu təşkilatın məqsədi İslami xilafətin meydana çıxmasıdır. Təşkilatın lideri Abubakar Bağdadidir. Mən də silahla davranmağı Əfqanıstanda öyrəndim”, - o bildirib.
Terrorçu hadisə barədə də danışıb: “Taksim meydanına giriş yox idi, hər tərəf polislərin nəzarətində idi. Anladım ki, orada olmaz. Abu Cihada zəng etdim. Saat 21.00-da “Reina” klubuna kəşfiyyata getdim. Abu Cihaddan bu əməli dekabrın 31-i ya başqa bir gün etməyimi soruşdum. O da mənə Reina klubunun ünvanını göndərdi. Hətta Reinaya aid 5-6 foto da göndərdi”.