​İstanbulda FETÖ ilə əlaqəli 17 jurnalist həbs olunub

​İstanbulda FETÖ ilə əlaqəli 17 jurnalist həbs olunub Əvvəl saxlanılan 4 jurnalist isə sərbəst buraxılıb
Region
30 İyul , 2016 07:58
​İstanbulda FETÖ ilə əlaqəli 17 jurnalist həbs olunub

Bakı. 30 iyul. REPORT.AZ/ İstanbul Prokurorluğu Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən ilə əlaqədə şübhəli bilinən 17 jurnalisti həbs edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl saxlanılan 4 jurnalist isə sərbəst buraxılıb.

İyulun 16-na keçən gecə Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra ölkədə 13 min insan saxlanılıb. Onların arasında hərbçi, polis, hakim və prokuror var. 45 min dövlət işçisi vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi