Yuxarı
    Bağlamaq

    İstanbulda dövlət çevrilişinə cəhddə şübhəli bilinən daha 20 hərbçi həbs edilib

    Doqquz hərbçi isə müvəqqəti azadlığa buraxılıb

    Bakı. 20 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Fətullahçı terror təşkilatı FETÖ-nün dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində daha 20 hərbçi həbs olunub.

    "Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

    Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi tərəfindən saxlanılmış 29 müxtəlif rütbəli hərbçinin işi yekunlaşıb.

    İşləri məhkəməyə göndərilmiş hərbçilərin 20-i həbs olunub, 9 hərbçi isə nəzarət altında olmaq şərtilə müvəqqəti azadlığa buraxılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi