Yuxarı

İstanbulda dövlət çevrilişi cəhdinə görə daha 1 855 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib

587 hərbçi sərbəst buraxılıb, onlardan 311 nəfəri polisin nəzarəti altına verilib

Bakı. 22 iyul. REPORT.AZ/ İstanbulda Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha 1 855 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 587 hərbçi sərbəst buraxılıb, onlardan 311 nəfəri polisin nəzarəti altına verilib. Prokuror 353 şübhəlinin sərbəst buraxılması ilə bağlı protest verib, bunlardan 234-ü rədd edilib, 49-nun işi isə araşdırılır. 

Məlumata görə, hərbi çevriliş cəhdində təqsirləndirilən daha 179 hərbçinin məhkəmə prosesi keçiriləcək, daha 2 hərbçi isə xəstəxanada müalicə alır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi