Yuxarı

​İstanbulda cinsi azlıqların paradı polis tərəfindən dağıdılıb

Aksiya iştirakçılarına qarşı rezin güllə və su şırnağı tətbiq edilib

Bakı. 29 İyun. REPORT.AZ/ Türkiyə polisi hər il olduğu kimi ötən gün də İstanbulun Taksim meydanına toplaşan cinsi azlıq nümayəndələrinin paradını dağıdıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hakimiyyət aksiya iştirakçılarına qarşı rezin güllə və su şırnağı tətbiq edib.

Zərərçəkənlər barədə məlumat verilmir.

Polis əməkdaşları aksiya iştirakçılarını mitinq başlayan kimi oranı tərk etməyə çağırıb və qadağanın səbəbini açıqlamayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi