​İstanbulda cinsi azlıqların paradı polis tərəfindən dağıdılıb

​İstanbulda cinsi azlıqların paradı polis tərəfindən dağıdılıb Aksiya iştirakçılarına qarşı rezin güllə və su şırnağı tətbiq edilib
Region
29 İyun , 2015 01:47
​İstanbulda cinsi azlıqların paradı polis tərəfindən dağıdılıb

Bakı. 29 İyun. REPORT.AZ/ Türkiyə polisi hər il olduğu kimi ötən gün də İstanbulun Taksim meydanına toplaşan cinsi azlıq nümayəndələrinin paradını dağıdıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hakimiyyət aksiya iştirakçılarına qarşı rezin güllə və su şırnağı tətbiq edib.

Zərərçəkənlər barədə məlumat verilmir.

Polis əməkdaşları aksiya iştirakçılarını mitinq başlayan kimi oranı tərk etməyə çağırıb və qadağanın səbəbini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi