Yuxarı

İstanbulda bina uçub

İstanbulda bina uçub

Türkiyənin İstanbul şəhərinin Kağıthane bölgəsində inşaat işləri ilə əlaqədar qazılan çalada torpaq sürüşməsi baş verib.

“Report” NTV-yə istinadən xəbər verir ki, nəticədə ətrafdakı dördmərtəbəli bina uçub.

Bununla yanaşı, avtomobil yolunun bir hissəsi çöküb, iki avtomobil dağıntılar altında qalıb. Xəsarət alan yoxdur.

Hadisə yerinə xilasedicilər cəlb edilib. İstanbul valiliyindən verilən məlumata görə, yaxınlığda təhlükədə olan daha 10 binanın sakinləri təxliyyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi