İstanbulda Beynəlxalq Əmək Təşkilatının X Avropa Regional Konfransı keçirilir

İstanbulda Beynəlxalq Əmək Təşkilatının X Avropa Regional Konfransı keçirilir Tədbirdə Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir
Region
2 Oktyabr , 2017 20:22
İstanbulda Beynəlxalq Əmək Təşkilatının X Avropa Regional Konfransı keçirilir
Report

İstanbul. 2 oktyabr. REPORT.AZ/ İstanbulda Beynəlxalq Əmək Təşkilatının (BƏT) X Avropa Regional Konfransı işinə başlayıb. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, tədbirə Avropa və Orta Asiyanın 41 ölkəsindən dövlət və hökumət rəsmiləri, dünyanın nüfuzlu şirkətlərin təmsilçiləri qatılıblar. Tədbirdə Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Tədbirə Türkiyənin baş naziri Binəli Yıldırım da qatılıb. 

Konfransı Türkiyənin əmək və sosial müdafiə naziri Jülidə Sarıəroğlu açaraq ölkəsinin işsizliyin azaldılması üçün apardığı islahatlardan danışıb. 

Bundan sonra BƏT-in baş direktoru Qay Rayderin müəyyən etdiyi "Hər kəs üçün humanitar iş", "İş və istehsalın təşkili", "Biznes idarə edilməsi və cəmiyyət" mövzuları ətrafında müzakirələr aparılıb. 

Tədbirdə Azərbaycanın məşğulluq və əmək münasibətlərinin tənzimlənməsi sahəsində təcrübəsi nümunə kimi göstərilib. 

Konfrans çərçivəsində həmçinin "Miqrantların və qaçqınların əmək bazarına ədalətli və səmərəli girişi" mövzusunda nazirlərin toplantısı keçirilib. Eyni zamanda tədbir çərçivəsində nazirlərin və hökumət rəsmilərinin ikitərəfli görüşləri keçiriləcək, qəraralar qəbul olunacaq. 

Tədbir oktyabrın 5-dək davam edəcək.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi