İstanbulda bələdiyyə sədrinin müavini başından güllələnib

İstanbulda bələdiyyə sədrinin müavini başından güllələnib Hadisə bələdiyyə binasında baş verib
Region
18 İyul , 2016 17:44
İstanbulda bələdiyyə sədrinin müavini başından güllələnib

Bakı. 18 iyul. REPORT.AZ/ İstanbulda bələdiyyə sədrinin müavini başından güllələnib.

"Report" NTV-yə istinadən xəbər verir ki, Şişli Bələdiyyəsinin sədr müavini Cəmil Candaş silahla vurulub və hazırda vəziyyəti ağırdır.

Məlumata görə, bələdiyyə binasına gələn iki nəfər sədr müavini ilə mübahisə edib. Arasında ədavət olduğu bildirilən şəxslərdən biri Cəmil Candaşı başından vurub. Xəstəxanaya yerləşdirilən sədr müavini təcili əməliyyat olunub.

Hadisədən sonra bələdiyyə binasına gələn polis hər iki şəxsi tutub.

Son xəbərlər

Orphus sistemi