Türkiyədə ​İstanbul aeroportunda baş vermiş terror aktına görə 17 əcnəbi saxlanılıb

Türkiyədə ​İstanbul aeroportunda baş vermiş terror aktına görə 17 əcnəbi saxlanılıb Bununla da ümumilikdə 41 nəfər polisin nəzarəti altına alınıb
Region
1 İyul , 2016 21:48
Türkiyədə ​İstanbul aeroportunda baş vermiş terror aktına görə 17 əcnəbi saxlanılıb

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyənin hüquq-mühafizə orqanları Qaziantepdə İstanbul aeroportunda baş vermiş terror aktında şübhəli bilinən 17 əcnəbini saxlayıb. "Report"un məlumatına görə, bu haqda "CNN Turk" telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, saxlanılanların İŞİD terror qruplaşması ilə əlaqəsi olduğu üzə çıxıb.

Qeyd edək ki, bir az əvvəl "Haber Turk" İstanbuldakı terror aktında şübhəli bilinən 11 nəfərin saxlanılması haqda məlumat yayıb. Məlumatda bildirilirdi ki, saxlanılanlar İŞİD terror qruplaşmasının üzvləridir.

İstanbulda polisin keçirdiyi xüsusi əməliyyatdan sonra terrorda əli olmaqda şübhəli sayılmaqla saxlanılanların sayı 24 nəfərə çatıb. Qaziantepdə reydlər, Türkiyənin cənubunda - Suriya ilə sərhədin yaxınlığında saxlanılanlar da nəzərə alınmaqla, ümumilikdə 41 nəfər polisin nəzarəti altındadır.

Xatırladaq ki, İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında iyunun 28-də baş vermiş terror aktında 43 nəfər həlak olub. Onlardan 19-u əcnəbilərdir. Hadisə zamanı 240 nəfər xəsarət alıb.  

Son xəbərlər

Orphus sistemi