Türkiyənin ​İstanbul şəhərində baş vermiş silahlı toqquşma nəticəsində 3 nəfər ölüb, yaralananlar var - YENİLƏNİB

Türkiyənin ​İstanbul şəhərində baş vermiş silahlı toqquşma nəticəsində 3 nəfər ölüb, yaralananlar var - YENİLƏNİB Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat verilmir
Region
20 İyul , 2016 02:56
Türkiyənin ​İstanbul şəhərində baş vermiş silahlı toqquşma nəticəsində 3 nəfər ölüb, yaralananlar var - YENİLƏNİB

Bakı. 20 iyul. REPORT. AZ/ Türkiyənin İstanbul şəhərində silahlı toqquşma baş verib. "Report" xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Onlardan ikisi silahlı toqquşmanın baş verdiyi yerdə dünyasını dəyişib. 

Silahlı toqquşma zamanı ağır yaralanan iş adamı Veysəl Kadayıfçıoğlu isə dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə bxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını və polis əməkdaşı cəlb edilib. 

Fakta bağlı araşdırmalara başlanılıb. 

***00:39

Türkiyənin İstanbul şəhərində silahlı toqquşma baş verib.

"Report" "Milliyyet.com"a istinadən xəbər verir ki, toqquşma zamanı 3 nəfərin öldürüldüyü bildirilir. 

Hadisə zamanı həmçinin bir neçə nəfər yaralanıb.

Hələlik qarşıdurmanın hansı səbəblərdən baş verməsi və digər təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi