İstanbulda bağlamanın partlaması nəticəsində 3 nəfər yaralanıb

İstanbulda bağlamanın partlaması nəticəsində 3 nəfər yaralanıb Polis hadisəylə əlaqədar araşdırma aparır
Region
14 Noyabr , 2016 17:22
İstanbulda bağlamanın partlaması nəticəsində 3 nəfər yaralanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində kompüter şirkətinin ofisinə gətirilmiş bağlamanın partlaması nəticəsində üç nəfər yaralanıb.

Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.

Məlumata görə, şəhərin Maltəpə bölgəsində partlayış və ardından meydana gələn yanğın nəticəsində üç nəfər xəsarət alıb. Partlayış şirkət əməkdaşlarının bağlamanı açmağa çalışmasından sonra baş verib.

Təcili-tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırıb. 

Polis hadisə ilə əlaqədar araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi