İstanbulda avtobus insanların gözlədiyi dayanacağa girib, 3 nəfər ölüb

İstanbulda avtobus insanların gözlədiyi dayanacağa girib, 3 nəfər ölüb Hadisə nəticəsində xeyli insan yaralanıb
Region
1 Fevral , 2018 11:39
İstanbulda avtobus insanların gözlədiyi dayanacağa girib, 3 nəfər ölüb
Haberturk

Bakı. 1 fevral. REPORT.AZ/ İstanbulun Üsküdar rayonunda avtobusun sərnişin dayanacağına girməsi nəticəsində 3 nəfər ölüb.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli insan yaralanıb.

Hadisə yerinə çox sayda polis əməkdaşı və təcili tibbi yardım heyəti cəlb edilib.

Avtobus Ataşehir-Kadıköy marşrutu üzrə hərkət edirmiş.

Son xəbərlər

Orphus sistemi