Yuxarı

​İstanbulda antiterror əməliyyatı zamanı Azərbaycanın 2 vətəndaşı tutulub

İŞİD silahlıları həmin bölgələrdə özləri üçün məscid qurublar və bu məscid üçün imam axtarırmışlar

Bakı. 27 oktyabr. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyatı nəticəsində iki Azərbaycan vətəndaşı olmaqla ümumilikdə 21 nəfər tutulub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında İstanbulun Sultanbəyli və daha iki başqa rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı 25 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 2-si Azərbaycan vətəndaşı, 7-si uşaq olamqla 21 nəfər tutulub.

Xəbərdə bildirilib ki, İŞİD silahlıları həmin bölgələrdə özləri üçün məscid qurublar və bu məscid üçün imam axtarırmışlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi