Yuxarı

​İstanbulda antiterror əməliyyatı nəticəsində 49 şübhəli saxlanılıb

Onların arasında Ankaradakı terroru törədənin vəkili də var

Bakı. 16 mart. REPORT.AZ/ İstanbulun 16 rayonunda eyni vaxtda 32 ünvanda keçirilən anititerror əməliyyatı nəticəsində 12-si vəkil olmaqla 49 nəfər PKK qruplaşmasına üzv olması şübhəsi ilə saxlanılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, onlardan 30-u, o cümlədən 9 vəkil həbs edilib.

Vəkillərin arasında Ankaradakı terroru törədən Səhər Çağla Demirin vəkili Hüseyn Boğatekin də var.

Tutulan şübhəlilər İstanbuldakı Təhlükəsizlik İdarəsinə aparılıblar. Onlar barəsində araşdıma başlanılıb.

Əməliyyatda xüsusi təyinatlılar, terrorçuluğa qarşı mübarizə şöbəsinin əməkdaşları, polis qüvvələri iştirak edib.

Qeyd edək ki, terrorçu qruplaşmalar Novruz bayramı günlərində bütün vasitələrdən yararlanaraq, Türkiyədə qarışıqlıq yaradacaqlarına dair çıxışlar edib, bu haqda Avropa KİV-ində müsahibələr veriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi