Yuxarı

İstanbulda antiterror əməliyyatı keçirilir: 1 ölü

50-yə yaxın şəxs saxlanılıb.

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Türkiyənin təhlükəsizlik orqanları İstanbulun müxtəlif rayonlarında terrorçu İŞİD və DHKP-C təşkilatlarının üzvlərinə qarşı əməliyyat keçirir.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis əməkdaşları Sarıyev və Ataşehir rayonlarında çox sayda ünvana basqın edib.

Polis əməkdaşlarına atəş açan bir qadının öldürüldüyü bildirilir. 50-yə yaxın şəxsin saxlanıldığı qeyd edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi