Yuxarı

İstanbulda Almaniya baş konsulluğu qarşısında aksiya keçirilib - FOTO

Piket iştirakçıları Bundestaqdan qondarma erməni soyqrımı ilə bağlı qətnamənin ləğvini tələb edirlər

İstanbul. 4 iyun. REPORT.AZ/ Almaniyanın İstanbuldakı baş konsulluğunun binası qarşısında etraz aksiyası keçirilib.

"Report"un Türkiyə müxbiri xəbər verir ki, məqsəd Almaniya Bundestaqının iyunun 2-də qondarma "erməni soyqrımı" ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz bildirməkdir. 

Aksiyada "Almaniya Federal Məclisinin qərarını tanımırıq!", "Almaniya Türkiyə ilə dostluğunu istəmir!", "Almaniya Federal Məclisi nifrət suçu işləyib!" kimi şüarlar səsləndirilib. 

Piketin qətnaməsində qeyd olunub ki, Almaniya parlamenti beynəlxalq hüquq normalarını kobud şəkildə pozur: "Bu qərarın heç bır hüquqi əsası yoxdur. Bu, Almaniyada vətəndaş sülhü ilə ziddiyyət təşkil edən bir sənəddir. Bu sənəd anti-türk, anti-İslam xarakteri daşıyır. Almaniya parlamentindən bu sənədin ləgv edilməsini tələb edirik. Bunun üçün bütün beynəlxalq təşkilatlara, rəsmi qurumlara müraciət edəcəyik. Əsl mübarizə indi başlayır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi