Yuxarı
    Bağlamaq

    ​İstanbulda AKP-nin yerli qərargahına basqın olub, 2 nəfər tutulub

    Onlardan biri binanın damına çıxaraq, hadisə yerinə toplaşanlara nə isə deyərək qışqırırmış

    Bakı. 1 aprel. REPORT.AZ/ İstanbulun Qartal rayonunun Üsküdar prospektində yerləşən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatının qərargahına iki silahlı basqın edib.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində silahlılar tutularaq təhlükəsizlik təşkilatının şöbəsinə aparılıblar.

    Onlardan biri binanın damına çıxaraq, hadisə yerinə toplaşanlara nə isə deyərək qışqırırmış.

    Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi