​İstanbulda AKP-nin yerli qərargahına basqın olub, 2 nəfər tutulub

​İstanbulda AKP-nin yerli qərargahına basqın olub, 2 nəfər tutulub Onlardan biri binanın damına çıxaraq, hadisə yerinə toplaşanlara nə isə deyərək qışqırırmış
Region
1 Aprel , 2015 14:34
​İstanbulda AKP-nin yerli qərargahına basqın olub, 2 nəfər tutulub

Bakı. 1 aprel. REPORT.AZ/ İstanbulun Qartal rayonunun Üsküdar prospektində yerləşən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli təşkilatının qərargahına iki silahlı basqın edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində silahlılar tutularaq təhlükəsizlik təşkilatının şöbəsinə aparılıblar.

Onlardan biri binanın damına çıxaraq, hadisə yerinə toplaşanlara nə isə deyərək qışqırırmış.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi