​İstanbul prokurorunun qətli ilə bağlı 22 şübhəli saxlanılıb

​İstanbul prokurorunun qətli ilə bağlı 22 şübhəli saxlanılıb Onların İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsinin(DHKP-C) üzvü olduğu ehtimal edilir
Region
1 Aprel , 2015 13:56
​İstanbul prokurorunun qətli ilə bağlı 22 şübhəli saxlanılıb

Bakı. 1 aprel. REPORT.AZ/ İstanbul prokuroru Mehmet Selim Kirazın qətli ilə bağlı 22 nəfər tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Terrora qarşı Mübarizə İdarəsi məlumat yayıb.

Şübhəlilərin çoxu tələbədir. Onların İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsinin (DHKP-C) üzvü olduğu ehtimal edilir. Hadisə ilə bağlı təşkilatın daha bir üzvü axtarılır.

Qeyd edək ki, ötən gün Mehmet Selim Kiraz iş yerində girov götürülüb. Girov götürüldükdən 8 saat sonra aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, qurum 1994-cü ilin mayında təsis olunub. İdeologiyası marksizm-leninizm və Çe Gevarizmdir. Radikal solçu təmayüllüdür. Təşkilatın hərbi qolu da var. Qurucusu Dursun Karataş, lideri isə Hüseyn Fevzidir. Təşkilatın mərkəzi orqanı gizli fəaliyyət göstərir. Onun aparıcı fiqurları Yunanıstan, Almaniya, Belçika və Hollandiyada yaşayır.

Son xəbərlər

Orphus sistemi