Yuxarı
    Bağlamaq

    ​İstanbul prokuroru girov götürülüb - FOTO

    Onlar şərtləri yerinə yetiriləndən sonra prokuroru sərbəst buraxacaqlarını bildiriblər

    Bakı. 31 mart. REPORT.AZ/ İstanbul prokuroru Mehmet Selim Kiraz girov götürülüb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, prokuror ötən il İstanbulun Gəzi parkında keçirilən etiraz aksiyalarına qarşı tətbiq edilən gözyaşardıcı qazdan ölən Berkin Elvanla bağlı cinayət işinin istintaqını aparır.

    Terrorçular sosial şəbəkədəki səhifələrində yazıb ki, şərtləri yerinə yetiriləndən sonra prokuroru sərbəst buraxacaqlar.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi