İstanbul-Bazel reysi ilə uçan təyyarə təcili Türkiyəyə qayıdıb - ƏLAVƏ OLUNUB

İstanbul-Bazel reysi ilə uçan təyyarə təcili Türkiyəyə qayıdıb - ƏLAVƏ OLUNUB Təyyarə Bolqarıstan hava məkanından İstanbulun Atatürk hava limanına geri qayıdır
Region
17 Aprel , 2015 17:50
İstanbul-Bazel reysi ilə uçan təyyarə təcili Türkiyəyə qayıdıb - ƏLAVƏ OLUNUB

İlk xəbər 14:38-də dərc olunub

Bakı. 17 aprel. REPORT.AZ/ "Türkiyə Hava Yollarına" məxsus sərnişin təyyarəsinə bomba qoyulması xəbərindən sonra hava gəmisi geri qayıdıb.

"Report" xəbər verir ki, bu haqda "Turktime" məlumat yayıb.

Xəbərə görə, təyyarə İstanbul-Bazel reysi ilə uçurmuş. Məlumatda bildirilib ki, təyyarənin göyərtəsində bombanın olması xəbərdarlığından sonra o, Bolqarıstan hava məkanından İstanbulun Atatürk hava limanına qayıdıb.

***

Türkiyə Hava Yollarına" məxsus sərnişin təyyarəsinə bomba qoyulması xəbəri yalan çıxıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Xəbərə görə, təyyarənin tualetində "təyyarədə bomba var" yazılmış bir qeyd aşkarlınıb. Türkiyəyə geri dönən təyyarədə axtarış aparıldıqdan sonra xəbərin əsassız olduğu müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi