İstanbul aeroportunda atışma nəticəsində iki nəfər saxlanılıb

İstanbul aeroportunda atışma nəticəsində iki nəfər saxlanılıb Onlardan biri yaralanaraq, digəri isə polisin təqibindən sonra ələ keçib
Region
6 Noyabr , 2016 11:12
İstanbul aeroportunda atışma nəticəsində iki nəfər saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Gecə saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb.

"Report" "CNN Türk"ə istinadən xəbər verir ki, əməliyyat zamanı polislə naməlum şəxslər arasında atışma olub.

Nəticədə iki nəfərdən biri yaralanaraq, digəri isə polisin təqibindən sonra ələ keçib.

Polis və mülki şəxslər arasında yaralıların olmasına dair məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi