İsrailin Türkiyədəki səfirliyinə hücum olub - VİDEO - YENİLƏNİB

İsrailin Türkiyədəki səfirliyinə hücum olub - VİDEO - YENİLƏNİB İsrail XİN: “Səfirliyə hücum edən şəxs binaya daxil olmadan zərərsizləşdirilib"
Region
21 Sentyabr , 2016 14:21
İsrailin Türkiyədəki səfirliyinə hücum olub - VİDEO - YENİLƏNİB

İlk xəbər saat 13:49-da verilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ İsrailin Türkiyədəki səfirliyinin binasına silahlı hücum olub. 

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bir nəfər naməlum şəxs əlində soyuq silahla İsrailin Ankaradakı səfirliyinin binasına daxil olmağa cəhd göstərib. Ancaq səfirliyin mühafizə xidmətinin əməkdaşları həmin şəxsi ayağından güllə ilə vuraraq zərərsizləşdiriblər. 

Məlumatda onun yaralı olaraq xəstəxanaya aparıldığı və müalicəsinin ardından sorğu-suala çəkiləcəyi bildirilir. 

Xəbərdə həmçinin hücum edən şəxsin Konya şəhər sakini Osman Nuri Çalışkan olduğu bildirilib. Onun əqli cəhətdən qüsurlu və işsiz olduğu da qeyd edilib.

Bu arada İsrail Xarici İşlər Nazirliyi Türkiyədəki səfirliyin binasına hücumla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin sözçüsü bildirib ki, səfirlik əməkdaşları təhlükəsiz yerdədir: “Səfirliyə hücum edən şəxs binaya daxil olmadan vurularaq zərərsizləşdirilib". 

Son xəbərlər

Orphus sistemi