​İsrailin baş naziri Rusiyaya səfər edəcək

​İsrailin baş naziri Rusiyaya səfər edəcək Onun Vladimir Putinlə görüşəcəyi gözlənilir
Region
15 Aprel , 2016 12:35
​İsrailin baş naziri Rusiyaya səfər edəcək

Bakı. 15 aprel. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netaniyahu aprelin 21-də Rusiyaya qısamüddətli işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putinlə görüşərək, ikitərəfli əlaqələrin inkişafını, İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinin perespektivlərini və Suriyadakı vəziyyəti müzakirə edəcək.

Qeyd edək ki, aprelin 18-də Fələstin prezidenti Mahmud Abbas da Moskvaya işgüzar səfərə gedəcək. 

Son xəbərlər

Orphus sistemi