​İsrail XİN təmsilçisi son 5 ildə ilk dəfə Türkiyəyə səfər edib

​İsrail XİN təmsilçisi son 5 ildə ilk dəfə Türkiyəyə səfər edib Aviv Şir-On: "Son hadisələr İsrail və Türkiyənin ikitərfəli münasibətləri bərpa etməsinin vacibliyini sübut etdi"
Region
3 Dekabr , 2015 18:17
​İsrail XİN təmsilçisi son 5 ildə ilk dəfə Türkiyəyə səfər edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Son 5 ildə ilk dəfə İsrail Xarici İşlər Nazirliyinin (XİN) təmsilçisi Türkiyəyə səfər edib.

"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, İsrail XİN-in baş direktor müavini, Avropa ölkələri üzrə idarənin başçısı Aviv Şir-On bu günlərdə Türkiyədə səfərdə olub. O, Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri ilə görürşlər keçirib: "Bu səfər iki ölkə arasındakı problemlərin həlli ilə bağlı İsrailin yollar axtardığının göstəricisidir. Son hadisələr İsrail və Türkiyənin ikitərfəli münasibətləri bərpa etməsinin vacibliyini sübut etdi. Ümid edirəm ki, Rusiya ilə Türkiyə aralarındakı anlaşılmazlığı dəf edəcək. Ancaq İsrail bu məsələyə müdaxilə etmək niyyətində deyil".

Son xəbərlər

Orphus sistemi