İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub Ərdoğan İsraildə azanın səs gücləndirici vasitəsi ilə verilməsinə qoyulan qadağanın müsəlman əhalisinin narahatlığına səbəb olduğunu söyləyib
Region
28 Noyabr , 2016 09:49
İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Bakı. 28 noyabr. REPORT.AZ/ İsrail prezidenti Reuven Rivlin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrail prezidentinin mətbuat xidməti məlumat yayıb.

R.Rivlin İsraildə meşə yanğınlarının söndürülməsində göstərdikləri yardıma görə, Türkiyəyə təşəkkürünü bildirib.

Dövlət başçıları iki ölkə arasındakı münasibətlərin inkişafı məsələsinə də toxunublar.

“Prezident Rəcəb Tayyib Ərdoğan İsraildə azanın səs gücləndirici vasitəsi ilə verilməsinə qoyulan qadağanın müsəlman əhalisinin narahatlığına səbəb olduğunu söyləyib. Rivlin isə bildirib ki, bütün özünü ifadə azadlıqları məsələləri kimi bu da həssaslıqla nəzərə alınacaq. İsrail prezidenti daha sonra vurğulayıb ki, müsəlman, xristian, yəhudiliyindən asılı olmayaraq, İsrail hər kəsin ibadət azadlığını qoruyub saxlayacaq”, - deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

R.Rivlin İsraildə meşə yanğınlarının söndürülməsində iştirak edən Türkiyə pilotları ilə görüşdüyünü söyləyib. Ərdoğanla Rivlin yaxın zamanda yenidən telefonla danışmaq barədə razılığa gəliblər. 

Məlumata görə, İsrailin müxtəlif bölgələrində baş verən meşə yanğınlarının söndürülməsi üçün Türkiyə bu ölkəyə 3 yanğınsöndürən təyyarə göndərmişdi.

Son xəbərlər

Orphus sistemi