​İsrail və Türkiyə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib

​İsrail və Türkiyə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib Bu barədə rəsmi bəyanat bazar ertəsi veriləcək
Region
26 İyun , 2016 23:39
​İsrail və Türkiyə münasibətlərin normallaşdırılması barədə razılığa gəlib

Bakı. 26 iyun. REPORT.AZ/ İsrail və Türkiyə rəsmiləri Romada aparılan danışıqların yekununda iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair razılıq əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə israilli diplomatın bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Diplomatik münasibətlərin bərpası barədə rəsmi bəyanatın bazar ertəsi veriləcəyi gözlənilir.

Türkiyənin Xarici İşlər Nazirliyi hələ ki, bununla bağlı şərh verməyib.

Son xəbərlər

Orphus sistemi