Yuxarı

​İsrail Türkiyəyə yeni müvəqqəti işlər vəkili təyin edib

O, əsas hədəfinin tərəflər arasında danışıqların təmin edilməsi olduğunu deyib

Bakı. 18 dekabr. REPORT.AZ/ İsrailin Türkiyədəki səfirliyinə yeni müvəqqəti işlər vəkili Amira Oron təyin edilib.

"Report" Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, onun şərəfinə Ankarada ziyafət təşkil edilib.

Ziyafətdə keçmiş müvəqqəti işlər vəkili Yosef Levi Sfari deyib ki, Türkiyə-İsrail münasibətlərinin ən çətin günlərində vəzifəsini icra etsə də, diplomatik əlaqələrin səfirlər səviyyəsinə yüksələcəyinə ümidvardır.

A.Oron isə əsas hədəfinin "Türkiyə ilə İsrail arasında danışıqların təmin edilməsi" olduğunu deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi