​İsrail hərbi kəşfiyyatının başçısı: "Vəziyyətin İŞİD-in məğlubiyyəti ilə başa çatmasını istəmirik"

​İsrail hərbi kəşfiyyatının başçısı: "Vəziyyətin İŞİD-in məğlubiyyəti ilə başa çatmasını istəmirik" Herzl Halevi: "İsraili "Hizbullah" və İranla təkbaşına qoymaq bizi çox ağır vəziyyətə sürükləyər"
Region
23 İyun , 2016 21:16
​İsrail hərbi kəşfiyyatının başçısı: Vəziyyətin İŞİD-in məğlubiyyəti ilə başa çatmasını istəmirik

Bakı. 23 iyun. REPORT.AZ/ "İraq və Suriyadakı vəziyyətin İŞİD-in məğlub edilməsi ilə başa çatmasını istəmirik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İsrail Hərbi Kəşfiyyat İdarəsinin (AMAN) rəisi,  general-mayor Herzl Halevi Herzliya konfransındakı çıxışında bildirib.

Onun sözlərinə görə, İŞİD özünü xilafət etdiyi son 3 ayda ağır vəziyyətdədir.

"Super gücləri bölgədən çıxarsaq, İsraili "Hizbullah" (Livanın "Hizbullah" təşkilatını nəzərdə tutur - REPORT) və İranla təkbaşına qoymaq bizi çox ağır vəziyyətə sürükləyər. Ona görə də özümüzü elə bir çətin vəziyyətə salmamaq üçün əlimizdən gələni etmək məcburiyyətindəyik",- deyə general-mayor vurğulayıb.

Xatırladaq ki, İsrailin keçmiş müdafiə naziri Moşe Aalon çıxışlarından birində İŞİD-lə İran arasında seçim etməli olsalar, İŞİD-i seçəcəklərini söyləmişdi: "İran və onun dəstəklədiyi qruplar İsrail üçün təhlükəlidir." 

Son xəbərlər

Orphus sistemi