Yuxarı

​İsrail baş nazirinin nümayəndəsi: "Türkiyə ilə danışıqlarda irəliləyiş var"

Ofir Gendelman: Tənzimlənməyən problemlər yaxın günlərdə keçiriləcək görüşdə müzakirə ediləcək

Bakı. 12 fevral. REPORT.AZ/ "Türkiyə ilə İsrail arasında bir sıra problemlər tənzimlənməsə də, danışıqlarda irəliləyişlər var".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İsrail baş nazirinin mətbuat katibi Ofir Gendelman bildirib.

O qeyd edib ki, Türkiyə ilə danışıqlarda irəliləyişlər var: "Tənzimlənməyən problemlər yaxın günlərdə keçiriləcək görüşdə müzakirə ediləcək".

Qeyd edək ki, iki gün əvvəl İsrail baş naziri Binyamin Netanyahunun təmsilçisi Yosef Çexanover, milli təhlükəsizlik üzrə müşavir Yakob Nagel və Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu arasında görüş olub. Görüşdə tərəflər Qəzza zolağında baş vermiş hadisəyə görə İsrailin üzr istəməsi, bu ölkədən Türkiyəyə təbii qazın nəqli kimi məsələləri müzakirə ediblər.

Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqın nəticəsində Türkiyənin 9 vətəndaşı həlak olmuşdu. 6 ilə yaxındır iki ölkə arasında əlaqələr mövcud deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi