İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib

İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq
Region
15 Noyabr , 2016 18:39
İsrail 6 ildən sonra Türkiyəyə yeni səfir təyin edib

Bakı. 15 noyabr. REPORT.AZ/ İsrail altı ildən sonra Türkiyəyə yeni səfir təyin edib. 

"Report" NTV-yə istinadən xəbər verir ki, Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq. 

Məlumata görə, 2013-cü ildən İsrailin Böyük Britaniyadakı səfirliyinin müşaviri işləyən E.Naeh 1993-cü ildə Türkiyədə çalışıb. O, həmçinin 1999-cu ildə İsrail Xarici İşlər Nazirliyində türk-yunan əlaqələri və Kipr problemi üzrə işləyib. E.Naeh İsrailin Azərbaycandakı səfirliyi və İsrail Nazirlər Kabinetində də müxtəlif vəzifələrdə çalışıb. 

Türkiyə və İsrail hökumətləri tərəfindən təsdiqləndikdən sonra hər iki ölkənin səfirlərinin qısa müddətdə fəaliyyə başlayacağı gözlənilir. 

Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib. İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Bu il avqustun 20-də isə Türkiyə parlamenti rəsmi Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşdırılması ilə bağlı razılaşma sənədini təsdiqləyib. Sənədə əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Anlaşmaya görə, İsrail hərbçiləri hüquq və cəza məsuliyyətindən azad ediləcək. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Son xəbərlər

Orphus sistemi