İspaniyada 20 minə yaxın tibb işçisi koronavirusa yoluxub

İspaniyada 20 minə yaxın tibb işçisi koronavirusa yoluxub İspaniyada hazırda 19 400 tibb işçisi yeni növ koronavirusa yoluxub.
Region
6 Aprel , 2020 17:27
İspaniyada 20 minə yaxın tibb işçisi koronavirusa yoluxub

İspaniyada hazırda 19 400 tibb işçisi yeni növ koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu, İspaniyada epidemiya başlayandan bəri yoluxanların ümumi sayının 14%-dən çoxdur.

“El Pais”in məlumatına görə, 13 tibb işçisi – 11 həkim, 1 tibb bacısı və 1 sanitar virusdan ölüb.

Qeyd edək ki, İspaniyada yeni növ koronavirusa yoluxanların sayı son sutkada 6 min nəfərdən çox artaraq 130 759-a çatıb, virusdan ölənlər isə 13 nəfəri keçib.

Son xəbərlər

Orphus sistemi