Yuxarı

Almaniya konsulluğu Türkiyənin tanınmış müğənnisinə viza problemi yaradıb

İsmayıl Türüt 6 ay yerinə 2 günlük viza verilib

Türkiyənin tanınmış müğənnisi İsmayıl Türüt və ansamblı Almaniyaya getmək üçün 6 aylıq viza istəsələr də, onlara yalnız 2 günlük viza verilib.

“Report” xəbər verir ki, məlumatı “Haber7” yayıb.

Bildirilib ki, iyunun 26-da o, Almaniyanın İstanbuldakı Baş konsulluğundan iki günlük viza verildiyini öyrənib.

“Siz konsertlərinizdə milliyətçi və siyasi mahnılar oxuyursunuz”, - deyə konsulluqdan müğənniyə bildiriblər.

Almaniya polisi 3 il əvvəl bu səbəbdən ona viza verməmişdi.

Məlumata görə, Qaradənizin sevilən müğənnilərindən olan İ.Türüt konsert proqramı ilə çıxış etmək üçün Almaniyaya dəvət edilib.

Qeyd edək ki, İ.Türüt İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə keçmiş namizəd Binəli Yıldırımın seçki kampaniyasının mahnısını oxuyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi