Yuxarı
    Bağlamaq

    “İslam dövləti” qruplaşmasının üzvləri Putini Qafqazda müharibəyə başlamaqla hədələyiblər

    İnternetdə yerləşdirilmiş videoda yaraqlılar Qafqazda İslam xilafətini yaratmaq niyyətində olduqlarını bildiriblər

    Bakı. 3 sentyabr. REPORT.AZ/ "İslam dövləti" (İD) qruplaşmasının yaraqlıları internetdə Qafqazda, xüsusilə də Çeçenistanda müharibəyə başlama hədəsinin yer aldığı videogörüntü yayıblar. Bu barədə Report Al-Arabiya telekanalına istinadən xəbər verir.

    Videoda yaraqlılar Suriyanın Rakka əyalətində hərbi aerodromların birində ələ keçirdikləri köhnə Sovet qırıcı təyyarəsinin yanında dayanıblar. Terrorçulardan biri Rusiyanın prezidenti Vladimir Putinə müraciət edərək, Çeçenistan və Qafqazı  "azad etmək" və orada "İslam xilafəti"ni yaratmaq niyyətində olduqlarını bildiriblər.

    Bundan başqa, yaraqlılar Suriya rəhbəri Bəşər Əsədi də havadan zərbələr endirəcəkləri ilə təhdid edirlər. 

    Bu ilin iyun ayında "İslam dövləti" qruplaşmasının üzvləri İraqın şimal və qərb rayonlarına hücuma keçiblər. Qısa müddət ərzində onlar ölkənin iri şəhərləri və qəsəbələrini ələ keçiriblər. Ekstremistlər Suriya və İraqın onlar tərəfindən nəzarət olunan ərazilərində "İslam xilafətinin" yaradıldğını elan ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi