Orta Asiya əhalisini ələ almaq üçün terrorçuların 57 mindən artıq saytdan yararlandığı müəyyənləşib

Orta Asiya əhalisini ələ almaq üçün terrorçuların 57 mindən artıq saytdan yararlandığı müəyyənləşib Nikolay Bordyuja: "Bununla bağlı ayrı-ayrı sahələr üzrə istintaq aparılır"
Region
15 Sentyabr , 2015 20:28
Orta Asiya əhalisini ələ almaq üçün terrorçuların 57 mindən artıq saytdan yararlandığı müəyyənləşib

Bakı. 15 sentyabr. REPORT.AZ/ İŞİD və başqa ekstremist təşkilatların Orta Asiya əhalisini ələ almaq üçün 57 mindən artıq saytdan istifadə etdiyi müəyyənləşib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kolektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.

"İndiyədək kollektiv təhlükəsizliyi təhdid edən 57 mindən artıq sayt aşkar edilib. Onların 50 mininin fəaliyyəti dayandırılıb. Bununla bağlı ayrı-ayrı sahələr üzrə istintaq aparılır", - o söyləyib.

Xatırladaq ki, bir müddət öncə ABŞ İŞİD hakerlərinin yüzlərlə dövlət məmuru və hərbçinin fərdi göstəricilərini oğurladığını bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi