Yuxarı

​İŞİD Türkiyə yaxınlığında yeni ərazilər ələ keçirib

Terrorçular 5 kəndi nəzarətə götürüblər

Bakı. 28 Avqust. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) üzvləri Suriyada bunadək üsyançıların nəzarəti altında olan yeni ərazilər ələ keçiriblər.

"Report" "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, Suriyada insan haqları müşahidəçilərinin məlumatına görə, terrorçular ikisi Türkiyə ilə sərhəd yaxınlığında olmaq şərti ilə 5 kəndi işğal ediblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, sərhəddə tezliklə terrorçulara qarşı əməliyyat aparılacaq.

İŞİD terrorçuları öz növbələrində bölgədə 3 kəndi və Türkiyə sərhədindən 20 km cənubda yerləşən və üsyançıların nəzarəti altında olan Marea şəhərinin ətrafını ələ keçirdiklərini bəyan ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi