Yuxarı

​İŞİD silahlıları ilə atışmada iki türk hərbçisi həlak olub

Terrorçular Suriya ərazisindən atəş açıblar

Bakı. 2 sentyabr. REPORT.AZ/ Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis əyalətində terrorçular yerli hərbçilərə atəş açıblar.

"Report" "Haber Turk" telekanalına istinadən xəbər verir ki, atəş Suriya ərazisindən açılıb.

Əsgərlər sərhəd zolağı boyunca keşik çəkən zaman bir qrup şəxs qanunsuz Türkiyə ərazisinə keçməyə cəhd göstərib. Onlar hərbçilərə atəş açıblar.

Əyalət qubernatoru Süleyman Tapsızın sözlərinə görə, əsgərlərdən biri hadisə yerində şəhid olub, daha bir nəfər itkin düşüb.

O bildirib ki, atışmanın baş verdiyi bölgə "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının nəzarəti altındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi