İŞİD qruplaşmasının 63 silahlısı öldürülüb

İŞİD qruplaşmasının 63 silahlısı öldürülüb Terrorçuların 5 döyüş mövqeyi və 6 nəqliyyat vasitəsi də məhv edilib
Region
2 May , 2016 10:30
İŞİD qruplaşmasının 63 silahlısı öldürülüb

Bakı. 2 may. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinə məxsus Pilotsuz Uçan Aparatlar Suriyanın şimalında Düdyen, Yan Yaban və Tatimus bölgələrində terrorçu İŞİD qruplaşmasının mövqelərini vurması nəticəsində 34 terrorçu öldürülüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçuların 5 döyüş mövqeyi və 6 nəqliyyat vasitəsi də məhv edilib. 

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərini bombalaması nəticəsində isə 29 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, bu qruplaşma Türkiyənin Suriya ilə sərhəd bölgəsindəki Kilis rayonuna Rusiya istehsalı olan "Katyuşa" kompleksindən raketlər atır. Ötən gün atılan raket nəticəsində azı iki nəfər yaralanıb. Son 4 ayda açılan belə atəşlər nəticəsində 18 nəfər həlak olub. 

Son xəbərlər

Orphus sistemi